Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı "Kəmxud" hərbi bazasının poliqonunda snayperçilərin təlimi başlayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yüzdən çox hərbçinin cəlb edildiyi təlim bir ay ərzində dəniz səviyyəsindən 1,6 km yüksəklikdə -20 dərəcə şaxtada keçirilir.
Təlimlər əsasən gecə saatlarında gecəgörmə aparatlarından istifadə edilməklə gerçəkləşdiriləcək.