Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır

Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır Tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabit cəlb edilib
Region
11 May , 2017 12:09
Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır

Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabiti cəlb edilib. Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər “Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq, 100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyələrini nümayiş etdirməlidirlər.

Məlumata görə, Cənub Hərbi Dairəsinin Cənubi Qafqazdakı hərbi biləşmələrinin zabitləri arasında seçmə mərhələsi bu il mayın 18-19-da keçiriləcək. Seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi