Yuxarı

​Rusiyanın Ermənistandakı hərbi bazasında motoatıcı bölmələrin təlimi keçirilir

Bir ay davam edəcək təlimdə mindən çox hərbçi iştirak edir

Bakı.13 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Kamxud və Alagəz poliqonlarında motoatıcı bölmələrinin atıcılıq təlimi başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər dəniz səviyyəsindən 1,5- 2,5 km yüksəklikdə keçirilir.

Bir ay davam edəcək təlimdə mindən çox hərbçi iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi