​Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb

​Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb Pilotlar ilk dəfə sərbəst şəkildə "MİQ-29" döyüş təyyarələrinin dördüncü nəslində uçuş tapşırıqlarını yerinə yetiriblər
Region
15 Yanvar , 2016 20:47
​Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı Erebuni aviasiya bazasında gənc pilotların "MiQ-29" qırıcılarında uçuş təlimi başlayıb.

"Report" xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə "MİQ-29" döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Təlim zamanı təyyarəçilər 30-dək 10 saatdan artıq uçuş edəcəklər. Bu il fevralın ortalarında keçiriləcək təlimdə isə onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcəklər. 

Son xəbərlər

Orphus sistemi