Yuxarı

Rusiyanın Ermənistandakı aviabazasına "MiQ-29"lar gətiriləcək

Çoxhədəfli yüngül qırıcıların yeni partiyası ilin ikinci yarısında bazaya gələcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Erebuni aviabazasına ilin ikinci yarısında "MiQ-29" çoxhədəfli yüngül qırıcıları gətiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti verib.

"2016-ci ilin ikinci yarısında Rusiyanın Ermənistan Respublikasında yerləşən Erebuni aviasiya bazasına "MiQ-29" dördüncü nəsil çoxhədəfli yüngül qırıcıları və 1 ədəd "Mi-8" nəqliyyat vertolyotu gətiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, əsaslı təmirdən sonra Rusiya hərbi bazasına gətiriləcək "MiQ-29" təyyarələri MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində Ermənistanın hava sərhədlərini qoruyur və müntəzəm olaraq döyüş hazırlığı üzrə təlim uçuşları həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi