​Rusiyanın erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur

​Rusiyanın erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur Krasnodar diyarında xidmət edən Rusiyanın iki hərbçisinə qarşı qaldırılan cinayət işinin istintaqı başa çatmaq üzrədir
Region
2 İyun , 2015 11:07
​Rusiyanın erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur

Bakı. 2 iyun. REPORT.AZ/ Krasnodar diyarında xidmət edən Rusiyanın iki hərbçisinə qarşı qaldırılan cinayət işinin istintaqı başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.

Hərbçilər məxfi materialları xarici dövlətlərə ötürməkdə günahkar bilinirlər.

Məlumatda bildirilib ki, hərbçilər Germanov və Nahatakyana qarşı irəli sürülən ittihamlarla bağlı cinayət işinin istintaqı başa çatmaq üzrədir. Germanov xarici dövlətlərin xeyrinə casusuluq etməkdə, Nahatakyan isə dövləti xəyanətdə ittiham olunuredilir.

Qeyd edək ki, onlar 2014-cü ildə Krasnodar diyar məhkəməsinin qərarı ilə həbs olunub

Son xəbərlər

Orphus sistemi