​Rusiyanın enerji naziri: "İranla ikitərəfli tədarük üçün Xəzərdən keçən dəhlizi inkişaf etdirməliyik"

​Rusiyanın enerji naziri: "İranla ikitərəfli tədarük üçün Xəzərdən keçən dəhlizi inkişaf etdirməliyik" Aleksandr Novak: "İran Rusiyaya ildə bir milyard dollarlıq meyvə-tərəvəz tədarük edə bilər"
Region
14 Mart , 2016 15:56
​Rusiyanın enerji naziri: İranla ikitərəfli tədarük üçün Xəzərdən keçən dəhlizi inkişaf etdirməliyik

Bakı. 14 mart. REPORT.AZ/ "Biz ikitərəfli tədarük üçün Xəzərdən keçən dəhlizi inkişaf etdirməliyik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri, Rusiya-İran Hökumətlərarası İqtisadi-Ticarət Komissiyasının həmsədri Aleksandr Novak Tehrana səfəri zaman İranın informasiya və kommunikasiya naziri, komissiyanın həmsədri Mahmud Vaizi ilə görüşündə bildirib.

"Biz İrandan ərzaq mallarının tədarükünü artırmaq niyyətindəyik. İran Rusiyaya ildə bir milyard dollarlıq meyvə-tərəvəz tədarük edə bilər", - deyə A.Novak söyləyib.

O, İslam Respublikasını kənd təsərrüfat məhsullarını Xəzərlə xaricə çıxarmağa çağırıb.

Qeyd edək ki, Aleksandr Novak martın 14-də Tehrana səfər edib. O, İranla neft hasilatının azaldılması məsələsini müzakirə edəcək.

İranın neft naziri Bijən Zəngənə jurnalistlərin "Rusiyanın neft naziri Tehrana dondurulmuş neft layihələrinin bərpası üçün gəlir" sualına belə cavab verib: "İran gündəlik neft hasilatını 4 milyon barelə çatdırmayana qədər dondurulmuş neft layihəsini gerçəkləşdirməyəcək. Ancaq hasilatı bu rəqəmə çatdırdıqdan sonra əməkdaşlıq etməyə hazırıq".

Xatırladaq ki, İran martda gündəlik neft hasilatını 2 milyon barelə çatdırcaq.

Son xəbərlər

Orphus sistemi