Yuxarı
    Bağlamaq

    Rusiyanın energetika naziri İrana səfər edəcək

    İranla Rusiya arasında iş adamlarına vizaların verilməsinin asanlaşdırılmasına dair razılıq əldə olunub

    Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak dekabrın 13-də İrana səfər edəcək.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib.

    Səfirin sözlərinə görə, A.Novak Rusiya-İran birgə İqtisadi Komissiyasının iclasında iştirak edəcək. O deyib ki, İranla Rusiya arasında iş adamlarına vizaların verilməsinin asanlaşdırılmasına dair razılıq əldə olunub.

    Qeyd edək ki, noyabrın 28-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Prezidentlər neft hasilatı ilə bağlı iki ölkənin fəaliyyətinin uzlaşdırılmasına dair razılıq əldə ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi