Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib Rusiya DİN: Moskvada 270 mindən çox adamın iştirakı ilə kütləvi tədbir keçirilir
Region
12 İyun , 2017 18:01
Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ Moskvanın mərkəzində keçirilən kütləvi tədbirdə təqribən 270 min insan iştirak edir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların təhlükəsizliyini təmin ediblər.

Xatırladaq ki, iyunun 12-də Rusiyada milli bayram qeyd olunur.

Bu gün eyni zamanda Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskva və Sankt-Peterburqda icazəsiz etiraz aksiyası keçirilib. Rusiya KİV-inin məlumatına görə, şahidlər Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqribən 50 nəfərin saxlanıldığını xəbər verib.

Bundan əvvəl, günorta saatlarında müxalifət fəalı Aleksey Navalnı da saxlanılıb.

Son xəbərlər

Orphus sistemi