Rusiyanın baş naziri Yerevana gedəcək

Rusiyanın baş naziri Yerevana gedəcək Dmitri Medvedevin səfəri Ermənistan baş nazirləri üçün “taleyüklü” də sayıla bilər
Region
26 Sentyabr , 2017 12:21
Rusiyanın baş naziri Yerevana gedəcək
Sputnik/Scanpix

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev oktyabrda Yerevana səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti iclasına qatılacaq.

Dmitri Medvedevin Yerevana səfəri Ermənistan baş nazirləri üçün “taleyüklü” də sayıla bilər. O, ötən il Yerevana səfərini təxirə salıb. Bu səfərin reallaşması müddəti uzun çəkib. O vaxtki baş nazir Ovik Abramyan istefaya getdikdən sonra Dmitri Medvedev Ermənistana səfərini reallaşdırıb.

Ermənistanın hazırki baş naziri Karen Karapetyanın bu postda qalması məsələsi də 2018-ci ildə həll olunacaq. Ancaq Rusiya baş nazirinin səfərinin təxirə salınması haqqında məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi