​Rusiyanın baş naziri: "Türkiyəyə qarşı müharibə elan edə bilərdik"

​Rusiyanın baş naziri: "Türkiyəyə qarşı müharibə elan edə bilərdik" Dmitri Medvedev: "Ancaq biz savaş elan etməyimizi ən pis ssenari olaraq dəyərləndirdik və bu addımı atmadıq"
Region
9 Dekabr , 2015 16:33
​Rusiyanın baş naziri: Türkiyəyə qarşı müharibə elan edə bilərdik

Bakı. 9 dekabr. REPORT.AZ/ "Türkiyəyə qarşı müharibə elan etməyimiz üçün əlimizdə yetərincə səbəb var idi, ancaq biz bu addımı atmadıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev yerli telekanalların jurnalistlərinə müsahibəsində deyib.

"Türkiyə bizim təyyarəmizə həmlə etməklə əslində müharibə elan etməyimiz üçün şərait yaratmışdı. Onların bu addımına başqa ölkəyə hücum deyilir. Ancaq biz savaş elan etməyimizi ən pis ssenari olaraq dəyərləndirdik. Ona görə də bu addımı atmadıq", - o vurğulayıb.

Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına təsirindən danışan D.Medvedev deyib: "Əlbəttə, Türkiyə ilə mövcud vəziyyət istehlak mallarına müəyyən həddə təsir edəcək. Ancaq biz bu təsirlərin böhran yaradacağını gözləmirik".

Son xəbərlər

Orphus sistemi