Rusiyanın baş naziri Kuba liderinin böyük oğlu ilə görüşüb

Rusiyanın baş naziri Kuba liderinin böyük oğlu ilə görüşüb O, 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib
Region
20 Sentyabr , 2016 20:37
Rusiyanın baş naziri Kuba liderinin böyük oğlu ilə görüşüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitiri Medvedev Kuba inqilabının lideri Fidel Kastronun böyük oğlu ilə Moskvada beynəlxalq sərgidə görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, Fidel Kastro Dias-Balart Kubada innovasiyaların inkişafı məsələləri ilə məşğuldur. Onlar rus dilində danışıblar.

Fidel Kastro Dias-Balart 1949-cu il dekabrın 1-də Kubanın paytaxtı Havanada anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Nüvə fizikası üzrə namizədlik dissertasiyasının müdafiə edib. İ.V.Kurçatov adına Atom Enerjisi və Novovoronej Atom Elektrik Stansiyasında işləyib. 2000-ci ildə Kubada Nüvə e4lmi və Texnologiyaları Universitetində fizika-riyaziyyat elmləri doktoru eləmi dərəcəsini alıb.

O, Kubada atom enerjisi sahəsində müxtəlif rəhbər vəzifələrdə işləyib. 

Son xəbərlər

Orphus sistemi