Yuxarı

​Rusiyanın baş naziri Ermənistana səfər edəcək

Səfər çərçivəsində başqa mövzularla yanaşı, təbii qaz tədarükünə dair məsələ də müzakirə edilə bilər

Bakı. 17 mart. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitiri Medvedyev bu il aprelin 7-də Ermənistana səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, aprelin 8-də Avroasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin Yerevanda görüşü keçiriləcək.

Ermənistan hökumətinin başçısı deyib ki, səfər çərçivəsində başqa mövzularla yanaşı, təbii qaz tədarükünə dair məsələ də müzakirə edilə bilər. O, "mavi yanacağın" Rusiya rublu ilə tədarükünün mümkünlüyü məsələsində irəliləyişin olmadığını söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi