Yuxarı

​Rusiyanın baş naziri Ermənistana səfər edəcək

Həmin yığıncaq bu ilin mart, yaxud aprel ayında keçiriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev cari ilin mart-aprel ayında Ermənistana səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayan bildirib.

Məlumata görə, Dmitri Medvedev Yerevanda keçiriləcək Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin toplantısında iştirak edəcək.

Nazir müavininin sözlərinə görə, əldə edilən ilkin razılığa əsasən, həmin yığıncaq bu ilin mart, yaxud aprel ayında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi