Rusiyanın Anqarsk şəhərindən olan manyak daha 59 cinayət törətdiyini etiraf edib

Rusiyanın Anqarsk şəhərindən olan manyak daha 59 cinayət törətdiyini etiraf edib O, daha əvvəl 22 qadını qətlə yetirdiyinə görə ömürlük həbs edilib
Region
10 Yanvar , 2017 18:04
Rusiyanın Anqarsk şəhərindən olan manyak daha 59 cinayət törətdiyini etiraf edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın Anqarsk şəhərindən olan manyak qatil daha 59 cinayət törətdiyini etiraf edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.

Daha əvvəl keçmiş milis işçisi Mixail Popkovun 47 qətl üzrə ittihamlar edildiyi məlum olub. Amma o, 47 yox, 59 cinayəti törətdiyini boynuna alıb.

Qeyd edək ki, M.Popkov 2015-ci ilin yanvar ayında 22 yerli qadın sakini qətlə yetirdiyinə və daha 2 nəfərə ağır bədən xəsarətləri yetirdiyinə görə ömürlük həbs edilib. Onun xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi yeni cinayətlərin istintaqının davam etməsi səbəbinə görə təxirə salınırdı.

Beləliklə, M.Popkov ümumilikdə 81 cinayət törətdiyini etiraf edib. 

Son xəbərlər

Orphus sistemi