Rusiyanın Ankaradaki səfiri bir həftədə 4-5 dəfə XİN-ə dəvət olunub

Rusiyanın Ankaradaki səfiri bir həftədə 4-5 dəfə XİN-ə dəvət olunub Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Ali Kemal Aydın bildirib.
Region
15 Oktyabr , 2015 22:08
Rusiyanın Ankaradaki səfiri bir həftədə 4-5 dəfə XİN-ə dəvət olunub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bir həftə ərzində 13 dəfə Türkiyə qırıcılarına "təhlükəli məsafəyə" yaxınlaşıb. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Ali Kemal Aydın bildirib.

Onun sözlərinə görə, 3-10 oktyabr tarixləri arasında qeydə alınan "bu narahat edici hadisələrlə" bağlı Rusiyanın Ankaradaki səfiri 4-5 dəfə XİN-ə dəvət olunub.

Son xəbərlər

Orphus sistemi