Yuxarı
    Bağlamaq

    Rusiyanın Almaniyadakı səfirliyində partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub

    O, 24 yaşlı Mərakeş vətəndaşıdır

    Bakı. 11 aprel. REPORT.AZ/ Rusiyanın Almaniayadakı səfirliyinin binası qarşısında terror törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub.

    “Report” BBC-yə istinadən xəbər verir ki, bunu Saksoniya Federal Torpağı prokurorluğunun mətbuat katibi Volfqanq Klyayn təsdiqləyib.

    Bildirilib ki, o, 24 yaşlı Mərakeş vətəndaşıdır. Onu ölkənin Leypsik şəhərindək qaçqın düşərgəsində tutublar. Şübhəli aprelin 8-dən polis məntəqəsində saxlanılsa da, barəsində həbs qətiimkan tədbirinin seçilməsi haqqında sanskiya aprelin 11-də verilib.

    Ümumiyyətlə, mərakeşli gənc “ağır zorakı cinayətlər” hazrılmaqda şübhəli bilinir. Hüququ mühafizə orqanları hesab edir ki, Rusiyanın Berlindəki səfirliyi onun potensial hədəflərindən olub. Mərakeşli Leypsik yaxınlığındakı peşə məktəbində partlayış törətmək hazırlığı təhlükəsində də şübhəli bilinir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi