Yuxarı

​Rusiyanın 50 hərbi gəmisi Xəzərə çıxmağa hazırlaşır

Tipindən və təyinatından asılı olaraq, hər gəmi dənizdə 8-20 sutka qalacaq

Bakı. 29 fevral. REPORT.AZ/ Rusiya Xəzər Hərbi Dəniz Donanmasının 50-dən artıq gəmisi təlimə başlamaq üçün dənizə çıxmağa hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim iki ay (mart və aprel aylarında) davam edəcək. Tipindən və təyinatından asılı olaraq, hər gəmi dənizdə 8-20 sutka qalacaq. Təlim zamanı hərbçilər döyüş hazırlığı, silahlardan istifadə ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi