Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib

Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib Tümen vilayətinin İşim şəhərindəki xüsusi evləri su basıb
Region
16 May , 2017 15:58
Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib
Ria.ru

Bakı. 16 may. REPORT.AZ/ Rusiyanın Tümen, Omsk və Kirov vilayətlərində yaz daşqınları ilə bağlı fövqəladə rejim tətbiq edilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov Fövqəladə hallar üzrə Hökumət Komissiyasının Tümendə keçirilən iclasında bildirib.

Məlumata görə, havaların istiləşəməsi ilə əlaqədar İşim və Karasul çayları daşıb. Tümen vilayətinin İşim şəhərindəki xüsusi evləri su basıb. 

Son xəbərlər

Orphus sistemi