Yuxarı

Sergey Lavrov: "Yaponiyanın baş naziri ən qısa zamanda Rusiyaya səfər edəcək"

Biz ona səfərin tarixini dəqiqləşdirməsini təklif etmişik

Bakı. 12 aprel. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ən qısa zamanda Rusiyaya səfər edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Monqolustan, Yaponiya və Çin KİV-inə müsahibəsində bildirib.

"Baş nazir Abe Rusiyaya səfər etməkdə maraqlı olduğunu deyib. Biz ona səfərin tarixini dəqiqləşdirməsini təklif etmişik. Fikirmcə, bu səfər ən qısa zamanda baş tutacaq", - deyə Sergey Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Yaponiya hökumət başçısının Rusiyaya səfəri təxirə salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi