Rusiyalı siyasətçi Aleksey Navalnı həbs edilib

Rusiyalı siyasətçi Aleksey Navalnı həbs edilib Ona 30 sutka cəza verilib
Region
13 İyun , 2017 02:30
Rusiyalı siyasətçi Aleksey Navalnı həbs edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Moskvanın Simonovski məhkəməsi çərşənbə günü axşam yerli siyasətçi Aleksey Navalnını 30 sutka müddətinə həbs edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Moskvanın mərkəzində icazəsiz aksiyada iştiraka çağırış, həmçinin hüquq-mühafizə orqanlarına itaətsizliyə görə saxlanılmışdı.

"Aleksey Navalnı inzibati xəta törətməkdə təqsirli sayılır, məhkəmə ona 30 sutka həbs cəzası təyin edir", - deyə hakim qərarı açıqlayıb.

Hakim həbs müddətini iyunun 12-dən hesablamaq qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi