Rusiyada yaşayan azərbaycanlı din xadimi Heydər Camalın ölüm səbəbi məlum olub - FOTO - YENİLƏNİB

Rusiyada yaşayan azərbaycanlı din xadimi Heydər Camalın ölüm səbəbi məlum olub - FOTO - YENİLƏNİB Rusiya İslam Komitəsinin sədri 69 yaşında dünyasını dəyişib
Region
5 Dekabr , 2016 12:15
Rusiyada yaşayan azərbaycanlı din xadimi Heydər Camalın ölüm səbəbi məlum olub - FOTO - YENİLƏNİB

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camal uzun sürən xəstəlikdən sonra vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Facebook"dakı səhifəsində jurnalist Maksim Şevçenko yazıb. 

"O, uzun müddət çox ağır xəstə idi", - deyə M.Şevçenko qeyd edib. 

***09:30

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı olan din xadimi və ilahiyyatçı filosof Heydər Camal 69 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun "Facebook"dakı rəsmi səhifəsində məlumat yayılıb.

H.Camal 69 yaşında vəfat edib. 

Qeyd edək ki, Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. 1965-ci ildə MDU yanında Şərq Dilləri İnstitutuna daxil olub, lakin qısa müddət sonra oradan xaric edilib. 1995-ci ildə "İslam Komitəsi" Regionlararası ictimai təşkilatını yaradıb və ona rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi