Rusiyalı hərbi pilotlar Ermənistanda "MiQ-29" qırıcılarında uçmağa başlayıblar

Rusiyalı hərbi pilotlar Ermənistanda "MiQ-29" qırıcılarında uçmağa başlayıblar CHD-nin hərbi pilotları 2017-ci ildə Ermənistanda 100-dən çox müxtəlif tapşırıqlar yerinə yetirəcəklər
Region
3 Fevral , 2017 17:41
Rusiyalı hərbi pilotlar Ermənistanda MiQ-29 qırıcılarında uçmağa başlayıblar

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Erebuni aviabazasının pilotları dördüncü nəsil qırıcılar sinifinə aid "MiQ-29" təyyarələrində uçmağa başlayıblar.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"İlkin təlimlərdə "MiQ-29" qırıcılarının pilotları müəyyən edilmiş marşrutlar üzrə uçaraq gündüz vaxtı uçuş, hava kəşfiyyatı üçün uçuş, dağlıq ərazidə uçuş və eniş üzrə ilkin elementləri məşq edəcək", - Cənub Hərbi Dairəsinin (CHD) məlumatında bildirilir.

CHD-nin hərbi pilotları 2017-ci ildə Ermənistanda Kəmxud və Alagöz yüksək dağ poliqonlarında keçiriləcək komando-qərargah, uçuş-taktiki, taktiki və taktiki-xüsusi təlimlər zamanı həm aviabirləşmələrin tərkibində, həm də motoatıcı, tank, artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli şəkildə 100-dən çox müxtəlif tapşırıqlar yerinə yetirəcəklər. 

Son xəbərlər

Orphus sistemi