Yuxarı

​Rusiyalı hərbçinin cinayət işi Ermənistana verilib

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 13 avqust. REPORT.AZ/ Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi ilə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin təmsilçisi Vladimir Markin bildirib.

Ötən gün Rusiyanın 5-ci qarnizonunun hərbi-səyyar məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 10 il müddətinə azadlıqdan məhrum edib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və onun qanunsuz saxlanılması üzrə müqəssir bilinib.

Təqsirkar günahını etiraf etdiyini, əməlindən peşmançılığını və cəzasını çəkməyə hazır olduğunu ifadə edib.

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünün qətlində şübhəli bilinir və bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi