​Rusiyalı general: "Avropa dövlətləri və Türkiyə Suriyaya uçan təyyarələrimizə hava məkanlarını bağlayıb"

​Rusiyalı general: "Avropa dövlətləri və Türkiyə Suriyaya uçan təyyarələrimizə hava məkanlarını bağlayıb" "Tapşırığı yerinə yetirmədiyimiz vaxtlar da olub"
Region
19 Dekabr , 2015 16:57
​Rusiyalı general: Avropa dövlətləri və Türkiyə Suriyaya uçan təyyarələrimizə hava məkanlarını bağlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa dövlətləri və Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinin Uzaq Aviasiya Birliyinin Suriyadakı əməliyyatlarda iştirak edən təyyarələrinə hava məkanlarını bağlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri Uzaq Aviasiya Birliyi komandanının müavini, general-mayor Anatoli Konovalov jurnalistlərin "Rusiya təyyarəçiləri niyə Avropadan yan keçərək, Suriyaya uçurlar" sualını cavablandırarkən bildirib.

"Ölkəmizin şimal hissəsində yerləşən Oleneqorsk aerodromu təyyarələrin yanacaqla təmininin artırılmasını həyata keçirir. Tapşırığı yerinə yetirmədiyimiz vaxtlar da olub. Avropa və Türkiyə təyyarələrimizi hava məkanlarına buraxmayıb", - o, vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi