Rusiyalı ekspert: "Ermənistanda keçiriləcək parlament seçkiləri oyundur"

Rusiyalı ekspert: "Ermənistanda keçiriləcək parlament seçkiləri oyundur" Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Ermənistandakı hakim ideologiya ifrat millətçilik və irqçilikdən ibarətdir.
Region
4 Oktyabr , 2018 13:05
Rusiyalı ekspert: Ermənistanda keçiriləcək parlament seçkiləri oyundur

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bu gün Ermənistandakı hakim ideologiya ifrat millətçilik və irqçilikdən ibarətdir".

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikir bildirərkən rusiyalı hüquqşünas və tarixçi, professor Oleq Kuznetsov deyib. 

O bildirib ki, Ermənistanda heç bir demokratik hərəkatlardan söhbət gedə bilməz: "Demokratiya üçün zəmin tamamilə məhv edilib. Odur ki, qarşıdakı seçkilər oyundan başqa bir şey deyil”.

Ekspertin fikrincə, bu gün Ermənistanda ideoloji müxtəliflik mövcud deyil.

Son xəbərlər

Orphus sistemi