Yuxarı
    Bağlamaq

    Rusiyalı deputatlar AŞPA-nın qış sessiyasına qatılmayacaqlar

    AŞPA-nın sessiyası yanvarın 23-27-də Strasburqda keçiriləcək

    Bakı. 17 yanvar. REPORT.AZ/ "Rusiya Dövlət Dumasının beynəlxalq sahədə fəaliyyət planına Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyasında iştirak məsələsi daxil edilməyib".

    “Report” “dw”ya istinadən xəbər verir ki, bunu “Spravedlivaya Rossiya” (“Ədalətli Rusiya”) Partiyasının Dövlət Dumasındakı fraksiyasının sədri Sergey Mironov bildirib.

    Onun sözlərinə görə, yanvarın 17-də Rusiya nuümayəndə heyətinin AŞPA-nın qış sessiyasına qatılmamaq haqqında prinsipial qərar qəbul edilib: “Bir müddət əvvəl deputatlar assambleyada fəaliyyətlərinə şərait yaradılacağı şərt daxilində sessiyada iştirak etmək niyyətində olduqlarını vurğulamışdı. Ancaq buna təminat olmadı”.

    AŞPA-nın sessiyası yanvarın 23-27-də Strasburqda keçiriləcək.

    Xatırladaq ki, bir müddət əvvəl AŞPA-nın sədri Pedro Aqramunt 2017-ci ildə Rusiya nümayəndə heyətinin assambleyanın sessiyalarına qatılacaqlarını gözləmədiklərini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi