Yuxarı

Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib

Solovyovun fikrincə, dəmir pul üzərində deşik metala qənaət etməyə imkan verəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komitəsinin sədr müavini Vadim Solovyov Rusiya Mərkəzi Bankına maraqlı təklif irəli sürüb.

"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, rusiyalı deputat Mərkəzi Banka yazdığı məktubda qənaətçiliyə görə 1, 2, 5 və 10 rublluq dəmir sikkələrin kəsimi zamanı ortada deşik açılmasını və qəpiklərin yeni formada dövriyyəyə buraxılmasını təklif edib.

Solovyovun fikrincə, dəmir pul üzərində deşik metala qənaət etməyə imkan verəcək.

Deputat vurğulayıb ki, artıq Danimarka və Norveçdə belə dəmir pullar buraxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi