Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”

Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək” Viktor Bokov bildirib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir
Region
13 Noyabr , 2017 13:58
Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”

Bakı. 13 noyabr. REPORT.AZ/ “İranda zəlzələ baş verən bölgədə yeraltı təkanlar daha iki həftə davam edəcək”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Seysmoloji Proqnozlar Laboratoriyasının rəhbəri, geofizik alim Viktor Bokov bildirib.

O qeyd edib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir: “Orada zəlzələ kifayət qədər tez-tez baş verir. Yeraltı təkanlar olan rayonda 1900-cü ildən belə güclü zəlzələ baş verməyib”.

V.Bokovun sözlərinə görə, güclü zəlzələlər adətən İranın şimal və ya qərb bölgələrində qeydə alınır.

Qeyd edək ki, noyabrın 12-də İranla İraqın dövlət sərhədində 7,3 bal gücündə yeraltı təkanlar olub. Təbii fəlakət nəticəsində İranda 339 nəfər ölüb, 5 min 346 nəfər isə xəsarət alıb. Zəlzələ nəticəsində İraqda 8 nəfər ölüb, 425-dən çox insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi