Yuxarı
    Bağlamaq

    ​Rusiyadan Türkiyəyə çarter reyslərin bərpasının tarixi açıqlanıb

    Türkiyə Mülki Aviasiyası Baş İdarəsi cəmi 17 reysin həyata keçiriləcəyini bildirib

    Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyadan Türkiyəyə çarter aviareysləri iyulun 7-dən bərpa olunacaq.

    "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Mülki Aviasiyası Baş İdarəsinin "Twitter" səhifəsində bildirilib.

    İdarənin məlumatına görə, cəmi 17 reys həyata keçiriləcək.

    İnfromasiyaya əsasən, Rusiyanın turist agentlikləri indi öz müştərilərini Moskvadan Türkiyənin kurort şəhərlərinə daşımağı təklif edir. İyulun 2-dən "TEZ Tour" firması Türkiyəyə uçuş planlaşdırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi