Yuxarı

Rusiyadan Gürcüstana hava yolu ilə səfər edənlərin sayı 80%-ə yaxın azalıb

Rusiyadan Gürcüstana hava yolu ilə edənlərin sayı 80%-ə yaxın azalıb

Rusiyadan Gürcüstana hava nəqliyyatı vasitəsilə səfər edən ziyarətçilərin sayı illik müqayisədə 78,6% azalıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə TBC Bankın “TBC Research” bölməsinin araşdırmasında bildirilib.

Sənədə əsasən, Rusiyanın Gürcüstanla aviadaşımalara tətbiq etdiyi qadağaya qədər - iyul ayının birinci həftəsində ziyarətçilərin sayında illik müqayisədə 4,1% azalma qeydə alınıb.

Qadağa qüvvəyə minəndən sonra – iyul ayının ikinci həftəsində Rusiyadan qonşu ölkəyə səfər edənlərin sayı ötən illə müqayisədə 21,4% aşağı düşüb.

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” sərhəd-keçid məntəqəsindən Gürcüstana daxil olan ziyarətçilərin sayı da azalıb. İyulun ilk həftəsində bu göstərici illik müqayisədə 7,7%, ikinci həftədə isə 5,6% azalıb.

Araşdırmada qeyd olunub ki, birbaşa uçuşlar ləğv olunsa da, əhəmiyyətli sayda Rusiya vətəndaşı alternativ təyyarə marşrutları ilə Gürcüstana səfər edirlər.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar iyulun 8-dən etibarən dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi