​Rusiyadan Ermənistana pul köçürmələri 40%-dən çox azalıb

​Rusiyadan Ermənistana pul köçürmələri 40%-dən çox azalıb 2015-ci ildə bu yolla köçürmələrin həcminin 30% azalacağı proqnozlaşdırılır
Region
6 May , 2015 13:21
​Rusiyadan Ermənistana pul köçürmələri 40%-dən çox azalıb

Bakı. 6 may. REPORT.AZ/ Bu ilin martında Rusiyadan Ermənistana bank vasitəsi ilə fiziki şəxslər üçün göndərilən pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2% azalaraq, təxminən 59,4 milyon dollar təşkil edib.

"Report" "newsarmenia"ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Mərkəzi Bankı məlumat yayıb.

2015-ci ilin martında respublikaya fiziki şəxslər üçün göndərilən pulun ümumi həcmi 84,9 milyon dollar olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 48,3% azdır.

Bank 2015-ci ildə Ermənistana pul köçürmələrin həcminin 30% azalacağını proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi