​Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi kəskin azalıb

​Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi kəskin azalıb Yanvar ayında Ermənistana pul köçürmələri ötən ilin birinci ayı ilə müqayisədə 34,8% azalaraq, 54,4 milyon dollar olub
Region
4 Mart , 2015 13:44
​Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi kəskin azalıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin yanvarında Rusiyadan Ermənistana fiziki şəxslərə qeyri-kommersiya məqsədi ilə pul köçürmələrinin həcmi azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Mərkəzi Bankı rəsmi internet saytında yerləşdirib.

Məlumata görə, ötən ilin yanvarı ilə müqayisədə bu ilin müvafiq dövründə köçürmələr 43,1% azalaraq, 37,2 milyon dollar təşkil edib. Hesabat dövründə fiziki şəxslərə pul köçürmələrində Rusiyanın payı 68,4% olub.

Mərkəzi Bankın məlumatına görə, 2014-cü ildə isə Rusiyadan Ermənistana bank vasitəsi ilə pul köçürmələrinin ümumi həcmi 10,7 % azalaraq, 1,4 milyard dollar təşkil edib.

Xəbərdə bildirlib ki, 2015-ci ilin yanvarında Ermənistana xaricdən pul köçürmələri ötən illə müqayisədə 34,8 % azalaraq, 54,4 milyon dollar olub.

Son xəbərlər

Orphus sistemi