KİV: Erməni əsilli rusiyalı iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar

KİV: Erməni əsilli rusiyalı iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxurlar.
Region
12 İyun , 2019 13:52
KİV: Erməni əsilli rusiyalı iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar

Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxurlar.

“Report” xəbər verir ki, bunu “Jamanak” yazıb.

“Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”, - qəzet vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində bu il iyunun 6-8-də keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsili iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı. 

Son xəbərlər

Orphus sistemi