Yuxarı

​Rusiyada "Zika" virusuna ikinci yoluxma faktı aşkar edilib

Hazırda xəstənin səhhəti kafi dəyərləndirilir

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyada "Zika" virusuna ikinci yoluxma hadisəsi aşkarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidmətinin mətbuat katibliyi bildirib.

"İkinci hadisə bu ilin martında Rusiyanın Yaroslav şəhərində aşkarlanıb. Aparılan müayinə nəticəsində diaqnoz təsdiqlənib", - deyə mətbuat katibliyi vurğulayıb.

Məlumata əsasən, xəstə çoxdan yoluxubmuş, ancaq hazırda onun səhhəti kafi dəyərləndirilir.

Qeyd edək ki, birinci hadisə bu il fevralın 15-də Dominikan Respublikasından Moskvaya qayıdan Rusiyanın qadın vətəndaşında aşkar edilib. Məlumata görə, onun müalicəsi uğurla başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi