Rusiyada yeniyetmə məktəbdə atəş açıb, xəsarət alanlar var - VİDEO

Rusiyada yeniyetmə məktəbdə atəş açıb, xəsarət alanlar var - VİDEO Atəş açan şəxs saxlanılıb
Region
5 Sentyabr , 2017 13:25
Rusiyada yeniyetmə məktəbdə atəş açıb, xəsarət alanlar var - VİDEO
РИА Новости / Виталий Белоусов

Bakı. 5 sentyabr. REPORT.AZ/ Moskva ətrafında yerləşən İvanteyevka şəhərində yeniyetmə məktəbdə atəş açıb.

"Report" RİA "Novosti"yə istiandən xəbər verir ki, xəsarət alanlar var, atəş açan yeniyetmə hazırda saxlanılıb.

"İnsident səhər saat 10 radələrində baş verib. Yeniyetmənin əlində pnevmatik silah və çəkic olub. O, 10-cu sinifdə dərsi gedən zaman sinif otağına daxil olaraq çəkiclə müəlliməsi və sinif rəhbərinə hücum edib. Uşaqlar başverənlərdən qorxaraq pəncərədən aşağı tullanıblar; iki nəfər xəsarət alıb, bir nəfərin isə ayağı sınıb", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hazırda şagirdlər və müəllimlər məktəb binasından çıxarılıblar. Onlar təhsil müəssisəsinin idman meydançasında toplaşıblar.

Son xəbərlər

Orphus sistemi