Yuxarı

​Rusiyada Yeltsin hökumətinin üzvü barəsində qiyabi həbs qərarı çıxarılıb

Keçmiş baş nazir müavini Rusiyanın Krımı ilhaqını da tənqid etmişdi

Bakı. 16 fevral. REPORT.AZ/ Moskvanın Lefortovo rayon məhkəməsi Rusiya baş nazirinin keçmiş müavini Alfred Koxun qiyabi həbsi ilə bağlı qərar qəbul edib.

"Report" BBC-yə istindən xəbər verir ki, o, rəsm əsərinin qaçaqmalçılığında ittiham olunur.

Məlumata görə, A.Kox ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, İsaak Brodskinin əsərinin saxta olduğunu zənn edərək aldığını söyləyib: "Mən əsərin Rusiya mədəniyyətinin dəyərli irsi olduğunu bilməmişəm".

Keçmiş hökumət üzvünün sözlərinə görə, əsərin ölkədən çıxarılması üçün uyğun icazəsi olub.

İstintaq əsərin dəyərinin 200 min rubl (2600 dollara yaxın) olduğunu müəyyənləşdirib.

A.Kox hazırda xarici ölkədə yaşadığından məhkəmənin hökmü onun üçün keçərsiz sayılır.

Qeyd edək ki, Alfred Kox Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin hakimiyyəti illərində dövlət əmlak komitəsinin sədri, baş nazirin müavini vəzifələrində çalşıb.

Son illər isə o, Rusiya hakimiyyətinə qarşı tənqidi çıxışlar edir. Keçmiş baş nazir müavini Rusiyanın Krımı ilhaqını da pisləmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi