Rusiyada yaşlı qadın küçədə iyun gecəsində soyuqdan ölüb

Rusiyada yaşlı qadın küçədə iyun gecəsində soyuqdan ölüb İyunun əvvəlində Sankt-Peterburqda sərin, küləkli,yağışlı hava müşahidə olunur
Region
3 İyun , 2017 14:11
Rusiyada yaşlı qadın küçədə iyun gecəsində soyuqdan ölüb

Bakı. 3 iyun. REPORT.AZ/ Sankt-Peterburqda yaşlı qadın küçədə soyuqdan ölüb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu şəhərin səhiyyə işçiləri çevrəsi bildirib.

Belə ki, 70-75 yaşlı qadın ictimai nəqliyyatın dayanacağından xəstəxanaya aparılıb. Həkimlər ona ağır dərəcəli hipotermiya diqanozu qoyub. Yaşlı qadın xəstəxanada vəfat edib.

İyunun əvvəlində Sankt-Peterburqda sərin, küləkli, yağışlı hava müşahidə olunur.

Qeyd edək ki, hipotermiya insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan əlamətdir. Bu, insan soyuq şəraitdə uzun müddət qaldıqda yaranır. Leysan, külək və qar kimi amillər hipotermiyanın yaranmasının başlıca səbəbləri sayılır. 

Son xəbərlər

Orphus sistemi