Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Moskvaətrafında yerləşən Kurovskoye qəsəbəsindəki yaşayış binalarının birində qumbara partlayıb. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, qumbara onunla ehtiyatsız davranıldığına görə partlayıb, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Partlayış üçüncü mərtəbədəki mənzildə baş verib.