Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyanın Perm şəhərində binanın uçması nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Perm diyarı üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin əməkdaşı İrina Neznamova bildirib.
*** 09:50
Rusiyanın Perm şəhərində uçan yaşayış binasının dağıntıları altında 4 nəfər qalıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Rusiya
İdarədən bildirilib ki, bu gün səhər saatlarında Perm şəhərinin Kuybışev küçəsində 5 mərtəbəli binanın bir hissəsi uçub. Axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə 38 texnika və 168 canlı qüvvə cəlb edilib. Hadisə baş verəndə isə dağıntı altında 60 nəfər qalıbmış.