​Rusiyada yaşayış binası uçub, ölən və yaralananlar var

​Rusiyada yaşayış binası uçub, ölən və yaralananlar var Məişət qazının partlaması nəticəsində yaşayış binasının 5 mərtəbəsi uçub
Region
16 Fevral , 2016 07:40
​Rusiyada yaşayış binası uçub, ölən və yaralananlar var

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Yaroslavl şəhərində məişət qazının partlaması nəticəsində yaşayış binasının 5 mərtəbəsi uçub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 mənzil tamamilə dağılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binadakı digər mərtəbələrin də uçma təhlükəsi var. Hazırda hadisə yerində xilasedicilər işləyirlər.

RİA "Novosti"nin məlumatına görə, dağıntılar altından bir nəfərin meyiti tapılıb, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 3 nəfər itkin düşmüş hesab olunur. Binada ümumilikdə 118 nəfər yaşayır. Onlardan 18 nəfəri uşaqlardır.

Son xəbərlər

Orphus sistemi