Permdə binanın uçması nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Permdə binanın uçması nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - FOTO Hadisə yerinə 38 texnika və 168 canlı qüvvə cəlb edilib
Region
11 İyul , 2015 14:06
Permdə binanın uçması nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyanın Perm şəhərində binanın uçması nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Perm diyarı üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin əməkdaşı İrina Neznamova bildirib.

*** 09:50

Rusiyanın Perm şəhərində uçan yaşayış binasının dağıntıları altında 4 nəfər qalıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, bu gün səhər saatlarında Perm şəhərinin Kuybışev küçəsində 5 mərtəbəli binanın bir hissəsi uçub. Axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə 38 texnika və 168 canlı qüvvə cəlb edilib. Hadisə baş verəndə isə dağıntı altında 60 nəfər qalıbmış.

Son xəbərlər

Orphus sistemi