Yuxarı

Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb

Nigah şəhadətnamələrinin etibarsız sayılması məqsədi ilə Sankt-Peterburq prokururluğu məhkəməyə müraciət edib

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində aparılan yoxlamalar zamanı vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan Azərbaycan vətəndaşları aşkarlanıb.

"Report" "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburq şəhər prokurorluğu azı iki belə faktın üstünü açıb.

Rusiya vətəndaşlığını qısa müddətə almağa imkan verən nigah şəhadətnamələrinin etibarsız sayılması məqsədi ilə prokururluq məhkəməyə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi