Yuxarı
    Bağlamaq

    "Vahid Rusiya" partiyasının deputatı qətlə yetirilib

    Nikolay Popovun meyiti şəxsi maşınında aşkar olunub

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatı Nikolay Popov qətlə yetirilib.

    "Report" xəbər verir ki, "Vahid Rusiya" partiyasından olan deputatın meyiti şəxsi avtomobilində aşkar edilib.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, qatil maşının arxa oturacağında olub.

    İstintaq hazırda bir neçə fərziyyə irəli sürüb. Əsas versiya Popovun Dövlət Dumasının deputatı qismində peşəkar fəaliyyəti ilə bağlıdır.

    Xatırladaq ki, bu, cari il ərzində Rusiyada ikinci deputat qətlidir. Fevralın 28-də müxalifət fraksiyasından olan Boris Nemtsov güllələnərək öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi