Yuxarı

Rusiyada universitet binası uçub, 21 tələbənin dağıntılar altında qaldığı ehtimal olunur - VİDEO

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Bindan 81 tələbə təxliyə edilsə də, 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi