​Rusiyada türk filmləri qadağan olunacaq

​Rusiyada türk filmləri qadağan olunacaq Bu təkliflə Moskva Şəhər Dumasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar üzrə Komissiyası çıxış edib
Region
28 Noyabr , 2015 06:21
​Rusiyada türk filmləri qadağan olunacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiyada Türkiyə istehsalı olan serial və filmlərin televiziya ilə nümayişinə qadağa qoyulması təklif edilir.

"Report" xəbər verir ki, bu təkliflə Moskva Şəhər Dumasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar üzrə Komissiyası çıxış edib.

Layihə təşəbbüskarı güman edir ki, yerli televiziya bu məhsullarsız daha yaxşı olacaq.

"Mən ümumiyyətlə yaxşı türk serialı tanımıram, üstəlik bizə xeyli cəfəngiyat göstərirlər və əgər bu yığışdırılarsa, düşünürəm televiziyalar bundan yalnız yaxşı olacaq", - deyə komissiya sədri Yevgeni Qerasimov bildirib.

Son xəbərlər

Orphus sistemi