Yuxarı

Rusiyada toy günü avtomatdan atəş açan bəyə qarşı cinayət işi qaldırılıb - VİDEO

​Rusiyada toy günü avtomatdan atəş açan bəy saxlanılıb

Rusiyada bəy toy günü havaya avtomatdan atəş açıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadsə Surqut şəhərində baş verib.

Bəy şəhərin mədəni mərkəzlərindən birinin avtomobil dayanacağında havaya atəş açıb.

Hadisə yerinə gəlmiş operativ istintaq qrupu ərazidə altı giliz aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ axtarış tədbirləri ilə şübhəli şəxsin olduğu yeri müəyyənləşdirib.

Faktla bağlı 31 yaşlı Surqut sakini saxlanılıb. O, toy mərasiminin şərəfinə odlu silahdan atəş açdığını etiraf edib.

Faktla əlaqədar dələduzluqla bağlı cinayət işi başlanıb. Şübhəli şəxsdən heç bir yerə getməmək haqqında iltizam alınıb. 

Qeyd edək ki, dövlətlərarası axtarışda olan 50 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Penza vilayətində saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi