Rusiyada ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 64 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-3

Rusiyada ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 64 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-3 İstintaq Komitəsi: 10 nəfər xəstəxanada qalır
Region
26 Mart , 2018 12:21
Rusiyada ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 64 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-3

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, yanğının başladığı andan etibarən 44 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 10 nəfər hələ də xəstəxanada qalır.


*** 09:45

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidən 53 nəfərin meyiti tapılıb. 


***08:22

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın söndürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Məlumata görə, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisində 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb. 


***00:20

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.

Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi