Yuxarı

Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat ödəniləcək

Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat ödəniləcək
Qəza zamanı bir Azərbaycan vətəndaşının da öldüyü bildirilir

Bakı. 11 fevral. REPORT.AZ/ Moskva vilayəti hökuməti "An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl məbləğində (təqribən 17 190 dollar) təzminat ödəyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyev jurnalistlərə açıqlamasında bildirib.

"Biz başsağlığı vermək istəyirik. Aviaqəzada ölənlərin hər birinin ailəsinə regional büdcədən 1 milyon rubl təzminat ödəniləcək", - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi