Rusiyada terror aktlarının sayı artıb

Rusiyada terror aktlarının sayı artıb Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 25-ə çatıb
Region
25 Aprel , 2017 12:10
Rusiyada terror aktlarının sayı artıb
Ria.ru

Bakı. 25 aprel. REPORT.AZ/ Rusiyada "terror hücumu" maddəsi ilə qeydə alınan cinayətlərin sayı 2016-cı ildə 25-ə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın ölkədə qanun və asayiş barədə hesabatında məlumat verilib.

"Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 8-dən 25-dək artıb. Eyni zamanda, belə aktların 72%-nin qarşısı hüquq-mühafizə orqanları tərəfindən təhdid, hazırlanma və cəhd mərhələlərində alınıb", - hesabatda deyilir.

Son xəbərlər

Orphus sistemi